AZ

Azərbaycanın U-17 yığması Litva ilə qarşılaşacaq

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, U-17 yığmamız Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində ikinci matçını keçirəcək.

B Liqasının ikinci qrupunda yer alan komandamız Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gələcək.

Görüş Nikola Şterev - Starika İdman Kompleksində təşkil olunacaq və Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

27 mart

13:00. Litva (U-17) – Azərbaycan (U-17)

Baş hakim: Ozan Ergün (Türkiyə)

Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)

Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)

Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

İdman.Biz
Seçilən
17
idman.biz

1Mənbələr