AZ

Qazi jurnalist Rəşad Baxşəliyev vəfat etdi

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı olan tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.

 

Qaziler.az Yenisabah-a istinadən xəbər verir ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

 

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də qəfil ürək tutması səbəb olub.

 

Mərhum Abşeron rayonunun Masazır qəsəbəsinin qəbiristanlığında - anasının məzarı yanında dəfn olunacaq.

 

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

 

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

 

Mərhumun iki övladı yadigar qalıb. Oğlu Kooperasiya Universitetinin tələbəsidir.

 

Allah rəhmət eləsin!

Seçilən
22
15
qaziler.az

10Mənbələr