AZ

“Elektron məhkəmə” fəaliyyətini dayandırıb - SƏBƏB

Azərbaycanda vəkillər və məhkəmə prosesi iştirakçıları üçün çətin günlər yaşanır. "Elektron məhkəmə" informasiya sistemində aparılan genişmiqyaslı texniki yenilənmə ilə əlaqədar olaraq, sistemin ən vacib funksiyası olan “E-kabinet” müvəqqəti olaraq qapadılıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumata əsasən, sistem 10 gün fəaliyyət göstərməyəcək. Bu isə minlərlə məhkəmə işi, iddia ərizəsi və apelyasiya şikayətlərinin elektron qaydada təqdim edilməsində ciddi fasilələrə yol açır. Vəkillər ümid edirlər ki, on günlük müddət bitəndən sonra - 30 martdan sonra "Elektron məhkəmə" daha stabil işləyəcək və sənəd dövriyyəsi asanlaşacaq.

Xatırladaq ki, martın 30-dan etibarən sistemin fəaliyyətinin tam bərpa olunacağı gözlənilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
19
4
musavat.com

5Mənbələr