AZ

Jurnalist Rəşad Baxşəliyev vəfat etdi


“Azərbaycan” qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirib. Ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.
48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
Seçilən
27
22
yeniavaz.com

10Mənbələr