AZ

Dronlar Ust-Luqa və Primorsk limanlarına yenidən zərbələr endirib

Baltik dənizindəki strateji Rusiya neft limanlarına hücumlar ardıcıl dördüncü gecədir davam edir.

Rusiyanın Ust-Luqa və Primorsk neft limanlarına 27 Mart Cümə gecəsi yenidən hücum edilib. Bu barədə bir neçə Telegram kanalı məlumat verərək hücum yerlərindən görüntülər yayımlayıb.

Dnipro Osint kanalı görüntülərin coğrafi yerini müəyyən edib. Kanalın məlumatına görə, hər iki limana hücum eyni vaxtda baş verib. Liman ərazisində çoxsaylı partlayışlar qeydə alınıb və yanğınların parıltısı onlarla kilometr məsafədə görünürdü.

Xatırladaq ki, Leninqrad bölgəsindəki Ust-Luqa neft terminalı 25 mart gecəsi zərbə aldı. Orada böyük yanğın baş verdi. Bu, Baltik dənizində Rusiya neft ixracına bir həftə ərzində edilən ikinci hücum idi. 23 martda dronlar yanğının hələ də davam etdiyi Primorsk limanını hədəf aldı.

Bir gün əvvəl media həm Ust-Luqa, həm də Primorskın fəaliyyətini dayandırdığını bildirdi. Ümumilikdə, Rusiyanın neft ixracat gücünün ən azı 40%-i - gündə təxminən 2 milyon barel - iflic oldu.

Əziz MUSTAFA

Seçilən
16
1
oxumeni.az

2Mənbələr