AZ

İrandan Azərbaycana indiyədək 3 040 şəxs təxliyə olunub

İrandan fevralın 28-i saat 8:00-dan martın 27-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.

“İki sahil” xəbər verir ki, təxliyə olunanların 516 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 723, Rusiyanın 343, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 184, Omanın 80, İndoneziyanın 68, İranın 57, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 24, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Türkiə, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Seçilən
18
35
ikisahil.az

10Mənbələr