AZ

Öldürülən 21 yaşlı futbolçunun ailəsi ŞOK AÇIQLAMALAR verdi: “Həmin qız...” - FOTOLAR

Qətlə yetirilən futbolçu Kubilay Kaan Kundakçının ailəsi “Star TV”də yayımlanan “Nur Viral ile Sen istersen” verilişində iştirak edərək səs-küylü açıqlamalar verib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, ailə Aleyna Kalaycıoğlunun ifadələrinə sərt reaksiya verib.

image_1774590506308.jpg

Futbolçunun atası Cemil Kundakçı bildirib ki, oğlu Aleyna və Canbayın evində qalırdı, onların normal münasibəti var idi.

Ailə Alaattin Kadayıfçıoğlunun ifadələrinə də etiraz edib. Onların sözlərinə görə, ifadələr hadisə yerinə aid təhlükəsizlik kamerası görüntüləri ilə uyğun gəlmir.

Futbolçunun anası Ülker Kundakçı bildirib ki, Aleyna həmin şəxsləri qəsdən hadisə yerinə gətirib və istəsəydi, qətlin qarşısını ala bilərdi.

Valideynlər qeyd ediblər ki, hadisədən sonra təhdid olunurlar və onlara şikayətlərini geri götürmələri üçün pul təklif olunub.

Qeyd edək ki, hadisə 19 mart gecəsi baş verib. Məlumata əsasən, reper Vahap Canbay bir müddət əvvəl ayrıldığı Aleyna Kalaycıoğlu ilə barışmaq istəyib və bu məqsədlə dostu Kubilaydan kömək istəyib. Onlar studiyanın qarşısında gözləyərkən hadisə yerinə lüks avtomobillər gəlib və avtomobildən düşən şəxs atəş açıb. Ağır yaralanan 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı xəstəxanada həyatını itirib.

image_1774590637488.jpg

İddialara əsasən, “Kars36 Spor” klubunun futbolçusu Kubilay Kaan Kundakçını iş adamı Bilal Kadayıfçıoğlunun oğlu öldürüb.

KADAYY.jpg

Gənc futbolçunun qətli ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər həbs edilib. Lakin hadisə ilə bağlı araşdırmalar davam edir.

image_1774590671738.jpg

image_1774590695764.jpg

Musavat.com

Seçilən
25
2
musavat.com

3Mənbələr