AZ

Gürcüstan millisi dünya çempionatında ilkə imza atdı

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Praqada keçirilən 2026-cı il fiqurlu konkisürmə üzrə dünya çempionatında ilk medallar sahibini tapıb.

İdman.Biz xəbər verir ki, qızıl medalları Almaniya təmsilçiləri əldə ediblər. İdman cütlüklərinin yarışında Minerva Fabien Haze və Nikita Volodin qalib gəliblər. Qısa proqramdan sonra lider olan cütlüklər sərbəst proqramda da ən yaxşı nəticəni göstəriblər. Onların ümumi xalı 228,33 olub ki, bu da almanlar üçün şəxsi rekorddur. Volodin və Haze ilk dəfə dünya çempionatının qalibi olublar.

Gümüş medal Anastasiya Metelkina və Luka Berulavaya (218,41 xal) qismət olub. Onlar Gürcüstan yığmasına fiqurlu konkisürmə üzrə dünya çempionatı tarixində ilk medalı qazandırıblar.

Mükafatçılar üçlüyünü Kanada təmsilçiləri Liya Pereyra və Trent Mişo (216,09 xal) tamamlayıb. Onlar şəxsi rekordlarını yeniləyərək ilk dəfə dünya çempionatının fəxri kürsüsünə qalxıblar.

Ötən ilki turnirin qalibləri Riku Miura və Ryuiti Kihara isə Praqaya gəlməyiblər. 2026-cı il Olimpiadasındakı zəfərdən sonra Yaponiya təmsilçiləri mövsümü vaxtından əvvəl başa vurublar.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr