90-cı illərə damğa vuran məşhur müğənni Pınar Aylin illər sonra yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, “Deliler gibi” mahnısı ilə bir dövrün musiqi siyahılarını alt-üst edən sənətçi İzmirdə təşkil olunan bir tədbirdə kameralara tuş gəlib.
![]()
Pınar Aylin hazırda İzmirdə gözlərdən uzaq bir həyat sürür. Səhnə işıqlarından uzaq olsa da, sosial mediada aktivliyini qoruyur və izləyiciləri ilə əlaqəni kəsmir.
12 ildir Çeşmədə yaşayan sənətçi yay aylarında Alaçatı və Kuşadasında səhnəyə çıxaraq musiqidən tam uzaqlaşmadığını göstərir.
Musavat.com