Malayziya neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verdiyinə görə İrana təşəkkür edib.
Ölkə.az xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahim İran Prezidenti Məsud Pezeşkiana neft tankerləri və gəmilərindəki heyətlərin azad edilməsi prosesinin davam etdiyinə görə təşəkkür edib.
Ənvər bildirib ki, Yaxın Şərqdəki gərginliyi aradan qaldırmaq üçün İran prezidenti Məsud Pezeşkian və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danaışıb.
Ənvər qeyd edib ki, İran "dəfələrlə aldadıldığını hiss edir və məcburi razılaşmalar və təhlükəsizlik zəmanətləri olmadan sülh təşəbbüslərini qəbul etməkdə çətinlik çəkir" və münaqişənin yayılma təsirlərinə diqqət çəkib.
Baş nazir Ənvər Hörmüz boğazında neft və təbii qaz təchizatındakı fasilələrin Malayziyaya da təsir göstərə biləcəyini və Malayziyanın regional sülh səylərinə fəal şəkildə töhfə verməyə davam edəcəyini bildirib.
Baş nazir Ənvər həmçinin Fələstin və Qəzza məsələsinin həll olunmamış qaldığını və bunun bölgədəki humanitar böhranı daha da dərinləşdirdiyini vurğulayıb.
Mürtəza