AZ

Beş ərəb ölkəsi İrana hücumlar üçün ABŞ-a öz ərazilərini təqdim edib

Bölgədə hərbi münaqişənin başlanğıcından bəri Fars körfəzindəki beş ərəb dövləti İrana hücumlar üçün ABŞ Silahlı Qüvvələrinə öz ərazilərini və ya hava məkanlarını təqdim edib. Bu, Tasnim xəbər agentliyinin iddiasıdır.

İran kəşfiyyatındakı mənbələrə görə, beş Fars körfəzi monarxiyası - Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı - öz ərazilərini və ya hava məkanlarını ABŞ qoşunlarına təqdim edib. Tasnim mənbələrinə görə, "çoxsaylı hallarda ABŞ-ın raket, hava və dəniz hücumları [İrana] beş ərəb ölkəsinin ərazi sularından, hava məkanından və hərbi bazalarından istifadə edib."

Əziz MUSTAFA

Seçilən
17
1
oxumeni.az

2Mənbələr