AZ

Ukrayna və İrandakı müharibənin fərqi: Görün Moskva nə deyir

Ukrayna bütün beynəlxalq öhdəliklərini pozub. Bu, onun vəziyyətini İrandakı durumdan kökündən fərqləndirir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Television"a verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, "İran İslam Respublikası İranın nüvə proqramı ilə bağlı öhdəliklər də daxil olmaqla, heç bir beynəlxalq öhdəliyi pozmayıb. Ukrayna, Qərb havadarları ilə birlikdə, pozula biləcək hər şeyi pozub".

Lavrov vurğulayıb ki, 2021-ci ilin dekabr ayında Rusiya ABŞ və NATO ilə müqavilələr imzalamaq üçün təkliflər irəli sürüb. Bunlar balanslı təhlükəsizliyin təmin edilməsinə yönəlib. Bu təkliflər rədd edilib və məsələnin Rusiyaya aid olmadığı, Kiyevin NATO-ya qoşulacağı bildirilib.

Seçilən
19
1
publika.az

2Mənbələr