AZ

Türkiyənin məşhur kəşfiyyat təyyarələri ard-arda İrəvanda göründü – Nə baş verir?

Son günlərdə Türkiyənin kəşfiyyat xidmətləri və dövlət qurumları ilə əlaqəli iki biznes təyyarəsi Ermənistan paytaxtına gəlib.

Publika.az xəbər verir ki, “Sputnik Armenia”nın məlumatına görə, 8 martda Türkiyənin “Sierra Aviation” şirkətinə məxsus “Gulfstream G-IV(SP)” biznes təyyarəsi İrəvandan Ankaraya uçub. Uçuşların izlənməsi və OSINT (açıq mənbəli kəşfiyyat) ilə məşğul olan sosial media istifadəçiləri təyyarəni Türkiyə kəşfiyyat xidmətləri ilə əlaqələndiriblər.

Təyyarənin uçuş tarixçəsi də onun sadə kommersiya məqsədləri üçün istifadəsinin mümkün olmadığını göstərir. Xüsusilə, təyyarə vaxtaşırı Yaxın Şərq ölkələrinə (Oman, BƏƏ, Səudiyyə Ərəbistanı) və Afrikaya (Liviya, Misir, Sudan) uçuşlar həyata keçirir.

Üstəlik, bir vaxtlar Albaniyanın Baş naziri Edi Rama tərəfindən uçuş üçün istifadə ediliv.

Uçuşun maraqlı tarixçəsini nəzərə alaraq, Ermənistan Xarici İşlər Nazirliyindən hər hansı bir Türkiyə nümayəndə heyətinin İrəvana səfər edib-etmədiyi soruşulub.

Seçilən
28
publika.az

1Mənbələr