AZ

"Fars": İranın Qum şəhərinə edilən hücum nəticəsində altı nəfər həlak olub

İranın mərkəzi hissəsində yerləşən Qum şəhərinin yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qum əyalətinin qubernatorunun nümayəndəsi bildirib.

"Qumda yaşayış məhəlləsinə endirilən zərbə nəticəsində azı altı nəfər həyatını itirib", - deyə o qeyd edib.

Rəsmi şəxsin məlumatına görə, bombardman obyekti olan Pardisan məhəlləsində üç yaşayış binası ciddi dağıntılara məruz qalıb. Xəsarət alanların sayı barədə məlumat yoxdur.

İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin gecə bombardmanı zamanı da bir neçə nəfər öldürülüb və yaralanıb. Xilasedicilər zərbədən sonra dağıntıların təmizlənməsi işlərini davam etdirirlər.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Seçilən
31
1
far.az

2Mənbələr