AZ

"NomadMania"klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahları Laçında olublar - FOTO

"NomadMania" klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.

APA-nın yerli bürosunun məlumatına görə, səyyahlar Laçında “Yurd Qalareyası” və “Gilabi Ceramics” mərkəzi ilə tanış olacaq, həmçinin yerli sakinlərin əl işlərinə baxış keçirəcəklər. Səfər çərçivəsində şəhər turu, yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə də tanışlıq nəzərdə tutulur.

Qeyd edək ki, 2 günlük səfərdə 37 ölkədən 79 nəfər iştirak edir. Bu, Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfərlər arasında say baxımından ən böyük heyətdir.

Xatırladaq ki, “NomadMania” Yer kürəsini 1301 bölgəyə bölərək reytinq aparır və Harry Mitsidis bu bölgələrin hamısını ziyarət edən səyyah kimi dünya üzrə birinci yerdədir. Klub illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Ümumilikdə, 2020–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura dünya səyyahlarının 15 səfəri təşkil olunub, hazırkı səfər sayca 16-cıdır.

Seçilən
19
2
apa.az

3Mənbələr