AZ

“Açığı, əsas millidən dəvət gözləyirdim”

Sportinfo.az xəbər verir ki,U-21 yığmamızın müdafiəçisi Oruc Məmmədov AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün Portuqaliyaya qarşı keçiriləcək matçdan öncə sualları cavablandırıb.

- Martın 20-dən birlikdəyim və hazırlaşırıq. Məşqlərimiz də çox yaxşı gedir. Bu gün Portuqaliya ilə oyunqabağı son məşqimizə çıxacağıq. Yaxşı oyun olacağını düşünürük. Portuqaliya yığmasının gücünü də bilirik. Allah qoysa, hər şey bizim üçün yaxşı olar.

- Portuqaliya yığmasından çəkinmirsizki, yoxsa əksinə, özünüzü göstərmək üçündaha yüksək motivasiyanız var?

- Bu cür rəqibə qarşı oynamışıq. Təcrübəmiz var. Çalışacağıq ki, xal və ya xallar qazanaq.

- Ayxan Abbasovun rəhbərliyi altında "Şamaxı"da da oynayırsan. A millidən dəvət gözləyirdin, yoxsa U-21 yığmasında daimi oynamaq yaxşıdır, nəinki ehtiyatda oturmaq?

- Hamının məqsədi A milliyə getməkdir. Açığı, əsas millidən dəvət gözləyirdim. Amma məşqçilər korpusu burada oynamağı uyğun görüblər. İstənilən qərara hörmətlə yanaşıram.

Seçilən
26
sportinfo.az

1Mənbələr