AZ

Dünya çempionatı 2026: Səkkiz oyunun NƏTİCƏLƏRİ

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.

"Yeni Sabah"ın xəbərinə görə, A, B, C və D yolunda ümumilikdə 8 oyun keçirilib.

Yarımfinal və final mərhələsi bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

26 mart

A yolu

İtaliya - Şimali İrlandiya 2:0

Uels - Bosniya və Herseqovina 1:1 (penalti - 1:2)

B yolu

Ukrayna - İsveç 1:3

Polşa - Albaniya 2:1

C yolu

Türkiyə - Rumıniya 1:0

Slovakiya - Kosovo 3:4

D yolu

Danimarka - Şimali Makedoniya 4:0

Çexiya - İrlandiya 2:2 (penalti - 3:2)

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.


Telegram kanalımız
Seçilən
4
5
yenisabah.az

6Mənbələr