AZ

Türkiyədə bara edilən silahlı hücumda iki nəfər ölüb, üç nəfər yaralanıb

Türkiyənin şimal-qərbində yerləşən Kocaeli şəhərində bara silahlı hücum təşkil edilib.

“İki sahil” xəbər verir ki, hadisə gecə saatlarında, İmzit rayonunda yerləşən barlardan birində baş verib.

Belə ki, avtomobillə əyləncə məkanına yaxınlaşan şəxslər barı atəşə tutduqdan sonra oradan qaçıblar. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırma başladıb, hücum edən şəxslərin saxlanılması ilə bağlı tədbirlər görülür.

Seçilən
24
3
ikisahil.az

4Mənbələr