AZ

Göyərti bazarında gizli manipulyasiya iddiası VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, videonu izləyənlər bildirirlər ki, rayonlarda bir dəstəsi 25 qəpiyə satılan göyərti ovuca sığmır, Bakıda isə eyni qiymətə satılan dəstədə cəmi bir neçə sap qalır.

Məsələni araşdırmaq üçün əvvəlcə təsərrüfat sahibləri ilə həmsöhbət olunub. Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən göyərti təsərrüfatı sahibləri bildirirlər ki, alverçilər kəndlinin satdığı göyərti dəstələrindən bir hissəni çıxararaq daha baha qiymətə satırlar.

Göyərti bazarında gizli manipulyasiya iddiası - VİDEO

Təsərrüfatçılar qeyd edirlər ki, min bir zəhmətlə yetişdirdikləri məhsulları yerli bazarlarda istədikləri qiymətə sata bilmirlər. Bazara çıxarılan məhsulun qiymətini isə alverçilər müəyyən edir.

Paytaxt bazarlarında göyərti satanlar isə bu iddiaları inkar edirlər. Onların sözlərinə görə, məhsulu rayonlardan necə alırlarsa, elə də satışa çıxarırlar.

Satıcılar "belə şey yoxdur" desələr də, müşahidələr fərqli mənzərəni ortaya qoyur. Rayondakı göyərti dəstələri ilə Bakıdakı dəstələr ölçü baxımından xeyli fərqlənir. Bu isə sadə fərq deyil, istehlakçının aldadılması və şəffaflığın pozulması kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
4
oxu.az

9Mənbələr