Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İspaniyada 25 yaşlı Noelia Kastillo Ramos uzunmüddətli məhkəmə mübarizəsindən sonra evtanaziya hüququ əldə edib və ona bu prosedur tətbiq olunub.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, qadın iki il ərzində bu hüquq uğrunda öz ailəsinə qarşı mübarizə aparıb.
Bildirilir ki, Noelia zorakılıqdan sonra intihara cəhd edib, nəticədə qismən iflic olub və daimi ağrılardan əziyyət çəkib. 2024-cü ildə evtanaziya üçün müraciət edən qadının vəziyyəti tibbi komissiya tərəfindən sağalmaz və ağır iztirablarla müşayiət olunan hal kimi qiymətləndirilib.
Onun atası və "Aboqados Kristianos" təşkilatı prosedurun dayandırılmasına çalışsalar da, İspaniyanın ali məhkəmələri və Avropa İnsan Hüquqları Məhkəməsi evtanaziya hüququnu təsdiqləyib.
Məhkəmə qərarından sonra prosedur tibbi müəssisədə həyata keçirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.