ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə dava ilə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 17-də baş verib. Qazax rayon sakini, 1990-cı il təvəllüdlü Araz həmin gün səhər saat 8 radələrində yaşadığı fərdi yaşayış evində arvadı Zeynəb (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə arvadının ondan xəstələnən 2022-ci il təvəllüdlü azyaşlı övladlarının valideynlərinin evinə aparmasını xahiş etməsi, amma ərin buna etiraz etməsi səbəbindən yaranıb. Aralarında ailə məişət münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən o, həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, əvvəlcə qəsdən əlləri ilə onun saçından dartaraq yolub. Ardınca qəsdən əl, yumruq zərbələri ilə arvadının ağız, sifət, baş nahiyələrinə ardıcıl vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə Arazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.