AZ

İran Körfəz ölkələrini hədələdi: Onlara icazə versəniz...

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran hakimiyyəti Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi istənilən oteli hücum etməklə hədələyir.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran hərbi komandanlığındakı mənbələr xəbərdarlığın əsasən Bəhreyn və BƏƏ-yə ünvanlandığını bildiriblər. Belə ki, bu ölkələrdəki otel sahibləri Tehrandan bir mesaj alıblar. Mesajda ABŞ hərbi qulluqçularının oteldə qalmasına icazə verilməməsi tövsiyə edilib.

Ancaq agentlik qeyd edir ki, bu iş yalnız Fars körfəzi ölkələri ilə məhdudlaşmır.

Mənbələrin verdiyi məlumata görə, ABŞ əsgərləri Beyrut və Dəməşqdəki otellərdə qalır və Cibuti hava limanı yaxınlığındakı hərbi bazada yerləşdirilib.

Nəşr əlavə edib ki, ABŞ qoşunları tezliklə ərazidən çıxarılmasa, İran bu şəhərlərdəki bütün otelləri və digər obyektləri hərbi hədəf hesab edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
axar.az

1Mənbələr