AZ

Meta böyük məbləğdə cərimələndi

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ məhkəməsi “Facebook” və “İnstagram”ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir.

Məhkəmə Metanın öz platformalarında uşaqlarla bağlı təhlükəsizlik tədbirləri barədə yanlış ifadələr işlətdiyinə və istehlakçıların hüquqlarının müdafiəsi qanununu pozduğu səbəbilə cərimələyib.

Qərarda Metanın uşaqların cinsi istismarı riskləri və onun əqli sağlamlığa təsiri barədə malik olduğu məlumatları gizlətdiyi, yanlış ifadələr işlətdiyi və uşaqların həssaslığından kommersiya məqsədləri üçün istifadə etdiyi iddiaları qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr