AZ

Gənc futbolçu öldürüldü

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsveçdə gənc futbolçu qətlə yetirilib."Football-plus.az" xəbər verir ki, Örebro şəhərində baş verən atışma nəticəsində “Forvard”ın 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub. “Aftonbladet” qəzetinin məlumatına görə, hadisə martın 21-i axşamı şəhərin qərb hissəsindəki dayanacaqda baş verib. Polisə yerli vaxtla saat 23.26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo dünyasını dəyişib.Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə olub. O, İsveçin 4-cü divizionunda çıxış edən “Forvard” klubunun əsas komandasında oynayırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

4Mənbələr