AZ

“Bloomberg”: Almaniya ABŞ-a qarşı iqtisadi müharibəyə hazırlaşır

Almaniya Kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Berlin hökuməti transatlantik münasibətlərdə yeni mərhələyə hazırlaşır.

 

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, alman rəsmiləri ABŞ-ın bir çox kritik sahədə Avropadan asılı olduğunu bəyan ediblər. Hazırda hökumət bu vəziyyəti diplomatik və iqtisadi rıçaq kimi dəyərləndirməyin yollarını araşdırır.

 

Rəsmilər tərəfindən hazırlanan təhlildə ABŞ iqtisadiyyatının Avropadan asılılığı dörd əsas sahə üzrə qruplaşdırılıb: rəqəmsal bazar və texnologiya nəhəngləri, süni intellekt və məlumat mərkəzləri, çip və litoqrafiya istehsalı, həmçinin əczaçılıq və səhiyyə sektoru.

 

Sənədə əsasən, 450 milyonluq Avropa İttifaqı bazarı ABŞ-ın texnologiya şirkətləri üçün mühüm əhəmiyyət daşıyır. “Google”, “Amazon” və “Meta” kimi şirkətlərə qarşı vergi və məhdudiyyətlər məsələsi gündəmdə saxlanılır. Eyni zamanda ABŞ-ın süni intellekt sahəsindəki inkişafının Avropada istehsal olunan sənaye komponentlərindən asılı olduğu, çip istehsalında isə Hollandiya və Almaniya şirkətlərinin kritik rol oynadığı vurğulanır.

 

Bundan əlavə, ABŞ-da istifadə olunan dərmanların və insulinin böyük hissəsinin Avropadan tədarük edildiyi qeyd olunur ki, bu da Vaşinqtona qarşı potensial iqtisadi təzyiq aləti kimi qiymətləndirilir.(“Teleqraf”)

 

Seçilən
20
2
senzor.az

3Mənbələr