AZ

Tramp: ABŞ İranla müharibəni tam qazanıb

BAKI, 27 mart. TELEQRAF

ABŞ prezidenti Donald Trump ölkəsinin İranla müharibəni tam qələbə ilə başa vurduğunu iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.

“Biz artıq müharibəni qazanmışıq. Hərbi baxımdan biz bu müharibəni tam qazanmışıq”, - deyə Tramp bildirib.

ABŞ lideri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona 10 neft tankeri vermək qərarına gəlib. Onun sözlərinə görə, əvvəlcə bu say səkkiz olub, daha sonra iki tanker də əlavə edilib.

Tramp əlavə edib ki, ABŞ İranın enerji obyektlərinə zərbələrin 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib.

Seçilən
82
teleqraf.com

1Mənbələr