AZ

İran idmançılarına dost olmayan ölkələrə səfər etməyi qadağan edib

İran hökuməti milli idman komandaları da daxil olmaqla müxtəlif idman klublarının dost hesab edilməyən ölkələrdə keçirilən tədbirlərində iştirak etməyəcəyi haqda qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə İranın İdman və Gənclər Nazirliyi məlumat yayıb.

"Milli komandalar, həmçinin, klubların komandaları dost olmayan ölkələrdə, eləcə də İran idmançılarının təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə keçirilən idman tədbirlərində iştirak etməyəcəklər", - məlumatda deyilir.

Nazirlik hansı ölkələrin dost hesab edilmədiyi barədə ətraflı məlumat verməyib.

Seçilən
78
1
apa.az

2Mənbələr