AZ

İranın parçalanması mümkündür- - Tofiq Zülfüqarovla müsahibə

Sabiq baş diplomat Tofiq Zülfüqarovla Moderator.az-a müsahibə verib. O,ABŞ-İsrail-İran savaşının danışıqlar yoluyla bitməsi perspektivinin olub-olmaması haqda düşüncələrini bölüşüb. AzNews.az müsahibəni təqdim edir.

-Tofiq müəllim, son günlər ABŞ və İran rəsmiləri arasında birbaşa, yaxud digər ölkələr vasitəsilə danışıqlar aparılması haqda xəbərlər yayılır. Sizcə, ABŞ və İsrailin başlatdığı və artıq bir aya yaxındır ki, davam edən və minlərlə insanın həlak olması, yaralanmasına, həmçinin kütləvi dağıntılara səbəb olmuş bu qanlı münaqişənin, ümumiyyətlə, diplomatik yollarla həlli mümkündürmü?

-Hesab edirəm ki, burada uzunmüddətli sülhdən, sazişdən danışmaq mümkün deyil - bu, aydındır. Yəni yalnız hansısa atəşkəs, razılaşma olacağı haqda düşünmək olar. Amma doğrusu, mən inanmıram ki, belə bir razılaşma baş versin, ya da baş versə də, uzun müddət davam etsin. Buna ümid azdır, çünki Amerika tərəfindən bölgəyə qüvvələrin yığılması davam edir. İkincisi, gec-tez Fars körfəzi ölkələrinin də bu və ya digər şəkildə münaqişəyə qoşulacağı ehtimalı yüksəkdir. Yəni onlar da hərbi əməliyyatlara əsasən havadan zərbələr endirməklə qoşula bilər. Mən quru əməliyyatları olacağını gözləmirəm. Dənizdə də müəyyən zərbələr davam edə bilər, ancaq bunun da genişmiqyaslı olacağını gözləmirəm. Çünki İranın dənizdə də imkanları ciddi şəkildə məhdudlaşdırılıb...

Məsələ ondan ibarətdir ki, artıq İranın ixrac imkanları, yəni neft və digər məhsulların ixracı birbaşa ABŞ-ın nəzarəti altındadır. Və bununla paralel havadan zərbələrin ara-sıra davamıyla İranı istənilən dəyişikliklərə vadar edə bilərlər. Ümumiyyətlə, bu müharibənin dayanması Qərbin, daha çox Amerikanın xeyrinə deyil. Yəni təxminən Ukraynada olan vəziyyətə bənzər bir ssenari yaranacaq: nə sülh var, nə də qızğın müharibə. Biz hadisələrin bu istiqamətdə cərəyan etdiyini görməkdəyik. Çünki Rusiyanın zəiflədilməsi prosesi davam edilməlidir və nə qədər çox zəifləsə, bir o qədər Qərb üçün əlverişlidir. Eyni ssenarinin İrana da aid edilməsi istisna edilmir. Və doğrusu, çox realdır. Amma onu da deməliyik ki, İsrailin İrana qarşı daimi gərginliyi saxlamaq imkanları məhduddur, ABŞ isə bu prosesdə uzun müddət birbaşa iştirak etməyə həvəsli deyil. Odur ki, öz əvəzinə kimlərisə meydana çıxarması ehtimalı da güclüdür. Və bu işi görmək üçün əsas “namizəd” ərəb ölkələri olacaq...

-Digər tərəfdən, bir sıra analitiklər Trampın respublikaçıların payızda Konqresə aralıq seçkilərdə uduzacağından ehtiyatlandığından müharibənin uzanmasını istəmədiyini bildirirlər. Siz necə düşünürsüz?

-Yox, mən belə hesab etmirəm. Tramp bundan ehtiyat etmir. O bilir ki, bundan sonra iki il hakimiyyətdədir və müharibənin uzanması ilə bağlı məhdudiyyət yoxdur. Onun İran savaşındakı əsas məqsədi dolların güclənməsi və neftin istehsalının azalmasıyla qiymətlərin idarə olunmasıdır. Başqa sözlə, neftin bahalaşmasıylaAvropa və digər iqtisadi rəqiblərin, eləcə də Çinin imkanlarının zəiflədilməsidir...

- Amma Rusiya da digər yandan qazanc götürür...

Seçilən
56
aznews.az

1Mənbələr