AZ

Bakıda ov tüfəngindən atəş açıldı: Hadisə yerində ölən var – VİDEO

Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, qonşuların sözlərinə görə, hadisəni törədən Cavanşir Muradov içki aludəçisi olub.

“Eşitdim ki, belə bir hadisə baş verib. Gəldim, gördüm ki, polislər hadisə yerindədirlər. Cavanşir ilə öldürülən şəxsin arasında münasibət normal olub”, – deyə qonşulardan biri bildirib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov heyvandarlıqla məşğul olub. Onun uzun müddətdir tək yaşadığı bildirilir.

Seçilən
94
1
dogru.az

10Mənbələr