Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli bildirib ki, Qara dənizdə ALTURA tankerinə edilən hücum beynəlxalq hüququ pozur.
Doğru.az xəbər verir ki, diplomat qeyd edib: “Qara dənizdəki eksklüziv iqtisadi zonamızda baş verən bu və oxşar hücumlar regionda həyat, əmlak, gəmiçilik və ətraf mühit təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.
Keçeli əlavə edib ki, Ankara bölgədə hərbi əməliyyatların yayılmasının qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqələri davam etdirir.
Daha əvvəl bildirilib ki, ALTURA tankerinə naməlum PUA-lar hücum edib, Türkiyə Nəqliyyat Nazirliyi isə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini açıqlayıb.
DOĞRU.AZ