Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.
Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə qarşılaşıb və çətin qələbə sayəsində finala yüksəlib. “Ay-ulduzlular” mundiala vəsiqə uğrunda həlledici görüşdə Kosovo yığması ilə qarşılaşacaq.
İtaliya yığması Şimali İrlandiyanı üstələyib və Bosniya və Herseqovinaya rəqib olub. B yolunda İsveç Ukraynadan, Polşa Albaniyadan güclü olub. D yolunda da Danimarka millisi Şimali Makedoniyanı, Çexiya isə İrlandiyanı üstələyərək finala yüksəlib.
Final görüşlər martın 31-də keçiriləcək.
DÇ-2026, pley-off oyunları
26 mart
A yolu
İtaliya – Şimali İrlandiya 2:0
Qollar: Tonali, 56. M.Kin, 80.
Uels – Bosniya və Herseqovina 1:1 (penaltilər 2:4)
Qollar: D.Ceyms, 51 – Dzeko, 86.
B yolu
Ukrayna – İsveç 1:3
Qollar: Ponomarenko, 90 – Dyökereş, 6; 51; 73-pen.
Polşa – Albaniya 2:1
Qollar: Levandovski, 63. Zyelinski, 73 – Hoca, 42.
C yolu
Türkiyə – Rumıniya 1:0
Qol: F.Kadıoğlu, 53.
Slovakiya – Kosovo 3:4
Qollar: Valyent, 6. Haraslin, 45. Ştreleç, 90+4 – Hodza, 21. Asllani, 47. Musliya, 60. Hayrizi, 72.
D yolu
Danimarka – Şimali Makedoniya 4:0
Qollar: Damsqor, 49. İsaksen, 58; 59. Norqor, 75.
Çexiya – İrlandiya 2:2 (penaltilər 4:3)
Qollar: Şik, 27-pen. Kreyçi, 86 – Parrott, 19-pen. Kovar, 23-öz qapısına.