AZ

Türkiyə “SpaceX” və “Amazon”u peyk sistemləri ilə bağlı tələblər barədə məlumatlandırıb

Bakı. Trend:

Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinəaşağıorbitli peyk sistemlərinə çıxış parametrləri ilə bağlı məlumatverib.

Trend xəbər verirki, Vaşinqtonda keçirilən “Satellite 2026” beynəlxalq peyk rabitəsisərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat vəinfrastruktur nazirinin müavini Ömər Fatih Sayan ölkədəaşağıorbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi iləbağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.

“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərininTürkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsindətələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, –deyə nazir müavini bildirib.

Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yerorbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6Apeyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərindavam etdirildiyini qeyd edib.

Seçilən
46
az.trend.az

1Mənbələr