"Estrada müğənniləri muğama həvəs göstərirlərsə, bunu alqışlamaq lazımdır. Bunun nəyi pisdir?"
Əməkdar artist Nüşabə Ələsgərli "Günə bax" verilişində deyib. O, estrada müğənnilərinin son zamanlar muğam ifa etməsinə belə münasibət bildirib:
"Muğam oxumaq üçün səs tembri lazımdır. Estrada müğənnisinin səsi buna uyğundursa, oxusun. Əsas odur ki, xaric oxumasınlar, qəzəli səhv deməsinlər. Bir də özlərini "böyük xanəndə" adlandırmasınlar". (Axşam.az)