AZ

Lavrov: Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda fasilə var

"Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə üçtərəfli danışıqlar hələlik dayandırılıb, lakin Moskva Vaşinqton və Kiyev arasındakı əlaqələrdən xəbərdar edilib".

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Televisions"a verdiyi müsahibəsində bildirib.

O xatırladıb ki, Ankoricdən sonra daha bir neçə danışıqlar raundu baş tutub və sonuncusu, sözün əsl mənasında ABŞ və İsrailin İrana hücumu ərəfəsində olub.

"İndi fasilə var. Amma amerikalıların ukraynalılarla əlaqələri barədə məlumatlıyıq", - deyə Lavrov bildirib.

Seçilən
36
2
teleqraf.com

3Mənbələr