AZ

Lavrovdan açıqlama: Rusiya İranı kəşfiyyat məlumatı ilə təmin etmir

Rusiya İranla bağlı ittihamlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Tehrana kəşfiyyat məlumatı ötürdüyü iddialarını rədd edib.

Onun sözlərinə görə, Rusiya İranı müəyyən növ hərbi təyinatlı məhsullarla təmin edib, lakin kəşfiyyat dəstəyi ilə bağlı səsləndirilən ittihamlarla razılaşmır.

Lavrov vurğulayıb ki, Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının mövqeləri açıq mənbələrdə mövcuddur və bu səbəbdən İranın həmin obyektlərə hücumları təəccüb doğurmur.

Nazir əlavə edib ki, bu kimi məlumatların əlçatan olması regiondakı hadisələrin izahı üçün kifayətdir.

 

Musavat.com

Seçilən
45
2
musavat.com

3Mənbələr