Türkiyə milli komandası 2026-cı il dünya çempionatına vəsiqə uğrunda Avropa pley-off mərhələsinin C yolunun yarımfinalında Rumıniya yığmasını 1:0 hesabı ilə məğlub edib.
Tüpraş Stadionunda, İstanbul şəhərində keçirilən görüşdə yeganə qolu 53-cü dəqiqədə Ferdi Kadıoğlu vurub. Qolun ötürməsini isə Arda Güler edib.
Oyunun baş hakimi Fransua Leteksyer olub.
Finalda Türkiyə yığması Slovakiya ilə Kosovo komandaları arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq. Həmin matç martın 26-da baş tutacaq.
Finalın qalibi 2026-cı il dünya çempionatına vəsiqə qazanacaq. Turnir ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. C yolunun qalibi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.
Bundan əvvəl Yaxın Şərqdə gərginliyin artması fonunda İran millisinin dünya çempionatında iştirakdan imtina edə biləcəyi barədə məlumatlar yayılmışdı. Daha sonra isə İran tərəfinin FİFA ilə oyunların ABŞ-dan Meksikaya köçürülməsi imkanını müzakirə etdiyi bildirilib.