AZ

Toy bazarında durğunluq – Qiymətlər isə dəyişməyib – VİDEO

Ramazan ayı bitsə də, restoranlarda toylara tələbat yoxdur. Hər il Ramazan ərəfəsində eləcə də orucluq ayından sonra restoranlarda və şadlıq evlərində toy sifarişlərinə ciddi tələbat yaranırdı.

NOCOMMENT.az xəbər verir ki, restoan inzibatçıları bildirirlər ki, adətən Ramazan ayından sonra toylara tələbat artsa da, bu il gözlənilən toy canlanması müşahidə olunmur.

Restoran nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə bu il Ramazandan sonra toy bazarında daha az aktivlik müşahidə olunur. Buna baxmayaraq, menyu qiymətlərində dəyişiklik edilməyib.

İnzibatçıların sözlərinə görə, bu sektorda mövcud durğunluğun hələ bir müddət davam edəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
27
4
nocomment.az

8Mənbələr