AZ

Ermənistan Gürcüstandan qaz kəmərinin köçürülməsini xahiş edib » AzadMedia.az


Ermənistan hökuməti Gürcüstan tərəfinə iki ölkəni birləşdirən qaz kəmərinin bir hissəsinin köçürülməsi ilə bağlı müraciət edib.
Məlumata görə, uzunluğu təxminən 5,5 kilometr olan kəmər hissəsinin yerinin dəyişdirilməsi planlaşdırılır. Müvafiq layihə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən nəzarət qurumuna təqdim olunub.
Sənədlərdə qeyd olunur ki, Ermənistan bu addımı kəmərin Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonası yaxınlığında yerləşməsi ilə əsaslandırıb. Bildirilir ki, həmin ərazi 1990-cı illərdə minalandığı üçün təhlükəsizlik tələblərinə cavab vermir.
Gürcüstan tərəfi açıqlamasında vurğulayıb ki, mövcud şəraitdə nə minimal təhlükəsizlik standartlarına riayət etmək, nə də təmir işləri aparmaq mümkündür. Bu səbəbdən üçtərəfli dövlətlərarası razılaşma əsasında problemli hissənin minalanmış zonadan çıxarılması və daha təhlükəsiz məsafədə yeni qaz kəmərinin inşası qərara alınıb.
Layihəyə əsasən, kəmər bir neçə kilometr kənara çəkiləcək və Ermənistan tərəfindən artıq tikilmiş yeni xəttə birləşdiriləcək.
Seçilən
41
azadmedia.az

1Mənbələr