AZ

İran prezidenti Putinə rus dilində təşəkkür edib » AzadMedia.az

İran


İran prezidenti Masoud Pezeshkian sosial şəbəkə hesabında rusiyalı həmkarı Vladimir Putin-ə təşəkkür edib.

O, paylaşımını rus dilində edərək bildirib ki, Rusiya prezidentinin mesajları və rus xalqının dəstəyi İran üçün mühüm əhəmiyyət daşıyır.

“Prezident Putinin mesajları və Rusiya xalqının dəstəyi bu müharibədə bizi ruhlandırır. İran xalqının müqaviməti və cəsarəti region ölkələri arasında təhlükəsizliyi təmin edəcək yeni əlaqələrin formalaşmasına zəmin yaradır. İran xalqı adından Rusiya hökumətinə və xalqına təşəkkür edirəm”, – deyə Pezeşkian qeyd edib.

Paylaşım İran və Rusiya arasında siyasi münasibətlərin gücləndiyi bir dövrə təsadüf edir.

Seçilən
24
1
azadmedia.az

2Mənbələr