AZ

3000 illik sirr necə açıldı?: Deputatın genetik testi NƏ QƏDƏR DOĞRUDUR? – Elmi AÇIQLAMA

Milli Məclisinin sabiq millət vəkili, yəhudi əsilli mərhum deputat Yevda Abramovun genetik mənşəyi məlum olub.

Bunu genetik tədqiqatçı, DNT layihəsinin administratoru Orxan Xansuvar bildirib.

Moderator.az xəbər verir ki, Orxan Xansuvar tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, Yevda Abramovun genetik kodu (J1-ZS2458 subkladı) birbaşa yəhudi dini iyerarxiyasının ən üst təbəqəsi olan “Kohen”lərə — yəni Musa peyğəmbərin qardaşı Harun peyğəmbərin nəslinə gedib çıxır. Bu, sadəcə bir maraqlı iddia deyil, müasir elmin — genetik şəcərəşünaslığın (Genetic Genealogy) dəqiq riyazi və bioloji hesablamalarla təsdiq etdiyi bir reallıqdır.

Bəs bu necə mümkündür? Min illər əvvəl yaşamış bir insanın izini bu gün bir damla qanda və ya tüpürcəkdə tapmaq doğrudanmı olar? Məsələyə elmi aydınlıq gətirmək üçün genetik mütəxəssis, Almaniyada fəaliyyət göstərən dr. Elçin Talıbov mövzunu NOCOMMENT.az-a şərh edib.

O, qeyd edib ki, Yevda Abramovun nümunəsində gördüyümüz bu nəticə elmdə ‘Y-xromosom’ analizi vasitəsilə əldə edilir: “Məlumdur ki, Y-xromosomu yalnız ata xətti ilə, atadan oğula, heç bir dəyişikliyə (rekombinasiyaya) uğramadan ötürülür. Min illər keçsə də, bu xromosomda baş verən kiçik mutasiyalar (SNP-lər) bir növ genetik pasport rolunu oynayır. Yəhudilikdə kahinlər sinfi olan ‘Kohen’lər öz nəsillərini çox ciddi şəkildə qoruyublar və bu, tarixdə ən yaxşı sənədləşdirilmiş ata xətlərindən biridir. Genetikada ‘Kohen Modal Haplotipi’ (CMH) adlanan xüsusi bir marker qrupu var. Yevda Abramovda aşkar edilən J1-Z18271 subkladı məhz bu qədim xəttin bir qoludur. Elmi araşdırmalar göstərir ki, bu genetik imzanın daşıyıcıları təxminən 3000-3300 il əvvəl yaşamış vahid bir əcdada bağlanır ki, bu da Bibliya və dini mənbələrdə göstərilən Harun peyğəmbərin yaşadığı dövrlə tamamilə üst-üstə düşür”.

Mütəxəssis qeyd edir ki, bu, sadəcə bir ehtimal deyil, yüksək dərəcəli elmi ehtimaldır: “Əlbəttə, biz zaman maşınına minib 3000 il əvvələ gedə bilmərik, lakin statistika və filogenetik ağaclar yanılmır. Əgər bir şəxsin genetik kodu İraqda, İspaniyada və ya Azərbaycanda yaşayan digər Kohenlərlə 1000-1400 il əvvəl eyni nöqtədə birləşirsə, bu, həmin şəxsin mənşəyinin təsadüfi olmadığını sübut edir. Yevda müəllimin nümunəsi də göstərir ki, o, min illər boyu öz saflığını qorumuş, İraqdan Qafqaza qədər uzanan böyük bir kökün davamçısıdır. Müasir DNT testləri bu gün hər kəsə özünün 500, 1000, hətta 5000 il əvvəlki əcdadlarının haradan gəldiyini, hansı tayfaya mənsub olduğunu deməyə qadirdir. Bu xüsusi subklad (ZS2458) isə məhz həmin ‘kohen’ ənənəsinin daşıyıcısı olan nəsillərin möhürüdür”.

Seçilən
0
1
moderator.az

2Mənbələr