AZ

TƏCİLİ! Ukrayna KÜTLƏVİ HÜCUMA keçdi – Hava limanları bağlandı

Rusiyanın Leninqrad vilayətində cümə axşamı axşam saatlarında gün ərzində artıq üçüncü dəfə hava həyəcanı elan edilib. Bu barədə regionun qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Vilayət rəhbərliyi pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi ilə əlaqədar mobil internetin sürətinin yenidən azaldıla biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, regionda gərginlik gecə saatlarından başlayıb. İlk hava həyəcanı gecə yarısından qısa müddət sonra elan olunub və Bakı vaxtı ilə saat 05:00-a qədər davam edib. Günorta saatlarında, Bakı vaxtı ilə 15:36-da növbəti həyəcan siqnalı verilib və bu vəziyyət təxminən üç saat sürüb. Səhər saatlarında vilayət hakimiyyəti 21 PUA-nın məhv edildiyi barədə hesabat versə də, günorta saatlarında vurulan dronlar haqqında rəsmi məlumat daxil olmayıb. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və mülki infrastrukturun qorunması üçün zəruri addımlar atılır. Hava limanlarının da bağlanıldığı qeyd edilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
18
konkret.az

1Mənbələr