AZ

Simonyana hücum edildi

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün baş verən küçə insidenti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Yayımlanan videoda Simonyan bildirib ki, bu gün baş verən hadisə təsadüfi olmayıb. Onun sözlərinə görə, qarşıdurma Arsen Vardanyan-ın köməkçilərindən birinin ona yaxınlaşmasından sonra başlayıb.

Simonyan iddia edir ki, həmin şəxs uzun müddətdir onu izləyib və qəsdən onun uşağının təhsil aldığı məktəbin yaxınlığında tez-tez görünürdü. O qeyd edib ki, həmin şəxs məktəb tədbirləri zamanı dafələrlə ərazidə müşahidə olunub və Simonyanın məktəbə səfərlərini lentə alıb.

Qeyd edək ki, martın 26-da İrəvanda bir şəxs Ermənistan parlamentinin sədri Alen Simonyana hücum edərək onu təhqir etməyə başlayıb. /globalinfo.az/

Seçilən
32
2
nocomment.az

3Mənbələr