AZ

Regionlarda minlərlə ev sənədsiz qalıb - VİDEO

Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır. Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.

O bildirib ki, mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin kənd yerlərində evlərin çıxarışının olmaması bu sahədə ciddi problemlər yaradır.

Ekspert qeyd edir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. Onun fikrincə, problemin effektiv həlli yalnız kompleks yanaşma və davamlı tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.



Seçilən
26
4
manset.az

6Mənbələr