AZ

Rayonda böyük olan göyərti dəstələri Bakıya çatanda niyə yoxa çıxır? – ARAŞDIRMA – VİDEO

Sosial şəbəkələrdə yayılan bu video müzakirələrə səbəb olub…

Moderator.az xəbər verir ki, videonu görənlər deyir ki, rayonda bir dəstəsi 25 qəpiyə satılan göyərti ovuca sığmır. Bakıda isə eyni dəstədə cəmi bir neçə göyərti qalır.

Məsələni araşdırmaq üçün birinci təsərrüfat sahibləri ilə həmsöhbət olduq. Tovuzun Hunanlar kəndindəki göyərti təsərrüfatı sahibləri deyirlər ki,  alverçilər kəndlinin satdığı göyərti dəstələrindən bir neçəsini çıxarıb daha baha qiymətə satırlar.

Təsərrüfatçılar bildirirlər ki, min bir əziyyətlə əkib-becərdiyi məhsulları yerli bazarlarda istədikləri qiymətə sata bilmirlər. Bazara çıxarılan məhsula alverçi qiymət təyin edir.

Paytaxt bazarlarında göyərti satanlar isə deyilənləri inkar edirlər. Onlar deyirlər ki, dəstələri rayondan necə alırlarsa elə satırlar.

Satıcılar “elə şey yoxdur” desə də gözlərimiz bizi aldatmır. Rayondakı göyərti dəstələri ilə Bakıdakı dəstələr ölçüsünə görə xeyli fərqlənir. Bu isə sadə fərq deyil. İstehlakçının aldadılması və şəffaflığın pozulmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1
2
moderator.az

3Mənbələr