AZ

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

İstanbul Boğazında yerləşən və "Kurtlar Vadisi" serialı ilə yaddaşlara həkk olunan Abud Əfəndi malikanəsi satışı ilə gündəmə gəlib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, tarixi malikanənin 15,23%-lik payı 170 milyon TL qiymətinə satışa çıxarılıb.

Üsküdarın Kandilli sahilində yerləşən və Boğazın mavi suları ilə əhatə olunmuş bu tarixi tikili dron vasitəsilə havadan görüntülənib.

Özünəməxsus memarlığı ilə seçilən bina 1835-1855-ci illər arasında Osmanlı saray memarlığının nümayəndələrindən biri olan Qarabet Balyan tərəfindən inşa edilib.


İki mərtəbəli taxta strukturu, ağ fasadı və qırmızı kirəmitli damı ilə diqqət çəkən yalı Boğazın ən seçkin mülklərindən biri hesab olunur.

Malikanə 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınaraq 1981-ci ilə qədər Abud ailəsinin iqamətgahı kimi istifadə edilib.





 

(bizim media)

Seçilən
16
5
moderator.az

6Mənbələr