AZ

Trampın “İran hədiyyəsi” iddiası ifşa olundu

ABŞ prezidenti Donald Tramp İranla bağlı səsləndirdiyi növbəti iddia ilə diqqət çəkib, lakin bu açıqlama faktlarla üst-üstə düşmür.

Musavat.com xəbər verir ki, Tramp İranın Hörmüz boğazından 10 neft tankerinin keçməsinə “ABŞ üçün hədiyyə” kimi icazə verdiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə söhbət səkkiz gəmidən gedib, daha sonra isə İran tərəfi “üzr istəyərək” daha iki tanker əlavə edib.

Lakin Bloomberg tərəfindən yayılan məlumatlar bu iddianı təsdiqləmir. Məlumata görə, Hörmüz boğazında Trampın dediyi kimi səkkiz və ya on neft tankerinin hərəkəti qeydə alınmayıb.

Gəmi izləmə sistemlərinin məlumatına əsasən, son günlərdə Fars körfəzindən cəmi iki İranla əlaqəli LPG tankerinin (mayeləşdirilmiş qaz daşıyan gəmilər) çıxışı təsdiqlənib. Ümumilikdə isə müxtəlif tipli yalnız dörd gəminin hərəkəti qeydə alınıb.

Ekspertlər bildirirlər ki, bu cür uyğunsuzluqlar Trampın açıqlamalarında tez-tez müşahidə olunur və təqdim edilən rəqəmlər real vəziyyəti əks etdirmir.

 

Musavat.com

photo_2026-03-26_23-26-55.jpg

Seçilən
26
musavat.com

1Mənbələr