AZ

Türkiyə millisindən DÇ pley-off-unda ilk qələbə

Türkiyə millisi 2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin C yolunun yarımfinalında Rumıniya komandasına qalib gəlib.

Moderator.az xəbər verir ki, İstanbuldakı "Tüpraş" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 53-cü dəqiqədə Arda Gülərin ötürməsindən sonra Ferdi Kadıoğlu vurub. Matçı fransalı Baş hakim Fransua Leteksye idarə edib.

C yolunun finalında Türkiyə seçməsi Slovakiya və Kosovo yığmaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. Həmin oyun martın 26-sı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Finalın qalibi ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazanacaq. C yolunun qalibi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Əvvəllər Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və ABŞ-ın bu proseslərdə iştirakı fonunda İran millisinin DÇ-dən imtina edə biləcəyi xəbər verilmişdi. Daha sonra məlum olub ki, İran tərəfi komandanın oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ehtimalını FİFA ilə müzakirə edir.

Seçilən
30
27
moderator.az

10Mənbələr