AZ

Maduronun məhkəməsi - ABŞ onun hüquqi xərclərinin ödənilməsinə mane olur

Nyu-Yorkda keçirilən prosesdə Venesuela liderinə qarşı işin bağlanması tələbi rədd edilib...

Poliqon xəbər verir ki, Manhettendə yerləşən federal məhkəmədə Venesuela prezidenti Nikolás Maduro ilə bağlı ikinci məhkəmə iclası başa çatıb. Təxminən bir saat yarım davam edən dinləmələrdə əsas müzakirə mövzusu ABŞ hökumətinin Maduronun və onun həyat yoldaşı Siliya Floresin hüquqi xərclərinin Venesuela dövləti tərəfindən ödənilməsinə maneə yaratması olub.

İşə baxan hakim Elvin Hellerstayn Maduronun işi üzrə icraatın dayandırılması ilə bağlı vəsatəti rədd edib. Hakim bildirib ki, ABŞ hakimiyyəti Maduroya və onun həyat yoldaşına qarşı işi bağlamaq niyyətində deyil və hüquqi xərclərin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər bu qərara təsir göstərmir.

Maduronun vəkili Barri Pollak isə çıxışında qeyd edib ki, prezident və onun həyat yoldaşı hüquqi müdafiə xərclərini şəxsi vəsait hesabına ödəmək imkanına malik deyil. O vurğulayıb ki, bu səbəbdən Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirməsi hüququ təmin olunmalıdır.

Məhkəmə prosesinin növbəti mərhələlərində tərəflər arasında hüquqi mübahisələrin davam edəcəyi gözlənilir. Ekspertlər hesab edirlər ki, bu iş ABŞ ilə Venesuela arasında siyasi və hüquqi gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər.

Qeyd olunur ki, Maduronun işi beynəlxalq hüquq və diplomatik münasibətlər baxımından da diqqətlə izlənilir. Çünki bu proses dövlət başçısının xarici ölkədə hüquqi məsuliyyətə cəlb olunması ilə bağlı presedentlərdən biri kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr