AZ

Elektromobillərin batareyaları ilə bağlı daha bir XƏBƏRDARLIQVİDEO

Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma belə yaranır ki, bu da bəzi hallarda avtomobillərin yanmasına belə səbəb ola bilər.

Xezerxeber.az xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğu ölkələr və qiymətləri sürücülər üçün həmişə maraqli olub.

Avtomobil ustalarının sözlərinə görə, bu batareyalar əsasən Çindən və Tyvandan gətirilir.

Bəs həmin batareyaların kefiyyəti hansı səviyyədədir?

Usta bildirir ki, batareyanın tez sıradan çıxmasının əsas səbəblərindən biri düzgün istifadə edilməməsidir. Xüsusilə elektrik enerjisi ilə doldurma qaydalarına əməl olunmaması batareyanın istifadəyə yararlılıq müddətini azaldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr