AZ

“İnter” Françesko Açerbi ilə yollarını ayırır

İtaliyanın “İnter” klubunun müdafiəçisi Françesko Açerbi mövsümün sonunda komandanı tərk etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı futbolçu yay transfer dövründə Milan təmsilçisindən ayrılmağa hazırdır. Tərəflər arasında mövcud müqavilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olsa da, yeni sözləşmənin imzalanması nəzərdə tutulmur.

Qeyd edək ki, Françesko Açerbi 2023-cü ildə “Latsio”dan “İnter”ə 4 milyon avro qarşılığında transfer olunub.

Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 21 oyunda iştirak etsə də, məhsuldar göstərici ilə yadda qalmayıb.

Futbolçunun bazar dəyəri 2,5 milyon avro qiymətləndirilir.

Seçilən
35
90deqiqe.az

1Mənbələr